Təsdiqləndi:"Qarabağ" Avropada olacaq
Azərbaycan Premyer Liqasının XXII turu ölkə çempionatının mükafatçılarından birinin adının rəsmiləşməsi ilə nəticələnib.
Sportfm.az xəbər verir ki, yarışın lideri "Qarabağ" sona 6 tur qalmış ilk "üçlük"dəki yerini təmin edib.
Qurban Qurbanovun yetirmələri buna "Səbail" üzərində 1:0 hesablı qələbə ilə nail olub. Qazanılan 3 xal ağdamlıları növbəti mükafata daşıyıb.
Çünki 22 oyundan sonra xal hesabı 53-ə çatan "Qarabağ" daha iki komanda üçün əlçatmaz olub. "Səbail"in uduzması ilə hazırda 30 xala malik "Neftçi" çempionluq şansını itirib. Ağdam klubunu keçməyə nəzəri şanslarını "Qəbələ", həmçinin "Sumqayıt" - "Zirə" cütlüyündən biri qoruyur.
Ağdam təmsilçisi ilk "üçlük"də yerini rəsmiləşdirməklə, avrokuboklara vəsiqəni də özəlləşdirib. Çünki mükafatçılar sırasında yer alan "üçlük" qitə miqyaslı turnirlərdə Azərbaycanı təmsil etmək hüququna yiyələnəcək. 4-cü komanda isə kubokun nəticələrindən asılı olacaq.(apasport)
Oxşar xəbərlər
“Sabah” qalib gəldi və avrokuboklara vəsiqəni təmin etdi
UEFA "Qarabağ"la bağlı paylaşım etdi - Konfrans Liqası
"Neftçi" və "Qarabağ" medal qazandı - Yubiley
"Qarabağ" ardıcıl 6-cı dəfə Azərbaycan çempionu oldu, "Səbail" avrokuboklarda!
"Qarabağ" rəsmən avrokuboklarda!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib – yarım milyondan çox mənimsəmə
-
“Araz-Naxçıvan” “Qəbələ”yə, “Zirə” “Sumqayıt”a qarşı - Premyer Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
18 matçın nəticələri - Konfrans Liqası
-
Arda Gülerlə yeni müqavilə imzalandı
-
Klub rəhbərinə 4 oyunluq cəza - QƏRAR















Misli Premyer Liqası