"Neftçi" və "Qarabağ" medal qazandı -Yubiley
Azərbaycan Premyer Liqasının mükafatçılarından ikisi bəlli olub.
Sportfm.az xəbər verir ki, XXIII turdan sonra “Qarabağ” və “Neftçi” komandaları ilk “üçlük”də yerini təmin edib.
Ağdamlılar “Səbail”lə səfərdə 1:1 hesablı heç-heçə sayəsində xal hesabını 47-yə çatdırıb. Paytaxt klubu isə “Zirə” üzərində 4:0 hesablı qələbə ilə aktivini 46 xala yüksəldib.
Liderlərin iki ən yaxın izləyicisinin – “Sumqayıt”la “Zirə”nin 32 xala malik olması və öz aralarındakı qarşılaşmada ən azı birinin xal itirəcəyi səbəbindən, mükafatçılardan ikisi müəyyənləşib.
Bu, “Neftçi”nin sayca 19-cu medalıdır. Bakılılar əvvəllər 8 qızıl, 4 gümüş və 6 bürüncə yiyələnib. Ağdam təmsilçisi isə yubiley – 15-ci uğurunu təmin edib. “Qarabağ” indiyədək 8 qızıl, 3 gümüş və 3 bürünc əldə edib.
Oxşar xəbərlər
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI
Ardıcıl 10-cu qələbə
Premyer Liqanın XXVI turu rəqəmləri gözü ilə - STATİSTİKA
“Qarabağ”ın 6-cı çempionluğu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası