reklam
Onu unutmadılar və adını əbədiləşdirdilər -
Sportfm.az xəbər saytı

Onu unutmadılar və adını əbədiləşdirdilər -FOTO


Niderlandın ən böyük stadionu olan “Amsterdam Arena”nın adı dəyişdirilir.

Sportfm.az xəbər verir ki, yeni mövsümdən arena əfsanəvi Yohan Kroyfun adını daşıyacaq.

Aprelin 25-də, Hollandiya futbolunun simvolunun ad günündə isə “Yohan Kroyf Arena”nın yeni loqosu təqdim olunacaq. Bu stadion 52 min tamaşaçı tutumuna malikdir.

Qeyd edək ki, 2016-cı ilin martında 68 yaşında vəfat edən Kroyf futbolçu kimi üç dəfə “Qızıl top” mükafatını qazanıb. Karyerası ərzində “Ayaks”, “Feyenoord”, “Barselona”, “Levante”, “Los Anceles” və “Vaşinqton”da oynamış Hollandiya yığmasının futbolçusu Amsterdam klubunda 3 dəfə oyunçu kimi 1970/71, 1971/72, 1972/73 mövsümlərində Çempionlar kubokunun qalibi olub. O, baş məşqçi kimi bu klubla Kuboklar kubokunu 1986/87 mövsümündə qazanıb. (Apasport.az)

Oxşar xəbərlər

Kroyf baş məşqçi təyin edildi
Bakı Olimpiya Stadionu “Top-10”-da - SİYAHI
"Nou Kamp"da Kroyfun heykəli ucaldıldı - FOTO
"İnter Arena"nın adı dəyişdirildi - FOTO
"Ayaks" stadionunun adını dəyişir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər