reklam
Çaparlarımız cıdır mövsümünə start verdi
Sportfm.az xəbər saytı

Çaparlarımız cıdır mövsümünə start verdi


Azərbaycan Respublikası Atçılıq Federasiyası 2018-ci ilin cıdır mövsümünə start verir.

Sportfm.az xəbər verir ki, hər il olduğu kimi, bu il də apreldən başlayan mövsüm oktyabrın ortalarınadək davam edəcək. Ümumilikdə 15 cıdır günü ərzində üç müxtəlif kateqoriya – ingilis təmizqanlı, ərəb təmizqanlı, Qarabağ və Dilbaz təmizqanlı atları arasında 61 qaçışın keçirilməsi nəzərdə tutulur.

Mövsüm ərzində hər dörd cins üzrə 100–dək atın iştirakı gözlənilir. Bütün qaçışlar Binə Atçılıq Mərkəzi ərazisində yerləşən hippodromda təşkil olunacaq.

Qeyd edək ki, mövsümün ilk cıdır yarışı aprelin 7-də keçiriləcək. Mövsümün ilk günündə üç yaş və yuxarı ərəb atları 1000 metr, üç yaşlı ingilis atları 1600 metr, üç yaşlı Qarabağ və Dilbaz atları 1000 metr, dörd yaş və yuxarı Qarabağ və Dilbaz atları 1600 metr, dörd yaş və yuxarı ingilis atları isə 2000 metr məsafədə güclərini sınayacaqlar.

Oxşar xəbərlər

“Naxçıvan” cıdır yarışının qalib oldu
Cıdır yarışlarının yeni mövsümünə start verildi
Qarabağ atlarının London təntənəsi - VİDEO
Qarabağ atları Londonda çıxış edəcək
Hippodromda növbəti cıdır yarışları keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər