UEFA Kubokunun qazanan klub UEFA-dan cəza gözləyir
Türkiyənin "Qalatasaray" klubunu UEFA tərəfindən növbəti cəza gözləyir.
Sportfm.az xəbər verir ki, bu barədə məlumatı "sarı-qırmızılılar"ın prezidenti Mustafa Cengiz verib.
Klub rəhbəri yerli mətbuata açıqlamasında maliyyə feyr-pley qaydalarına əməl edə bilmədikləri üçün cəzalandırılacaqlarını təsdiqləyib. O, UEFA-dan bununla bağlı rəsmi açıqlama gözlədiklərini söyləyib: "Biz ən yüngül cəzanı gözləyirik. Çünki UEFA-ya təqdim etdiyimiz sənədlərdə problemlərin həlli ilə bağlı müəyyən təkliflər irəli sürmüşük. Uydurma xəbərlərlə deyil, real rəqəmlərlə onların qarşısına çıxdıq. Kluba gəldiyim 2 ay ərzində kifayət qədər gəlir götürmüşük. Ev oyunlarına azarkeş marağı baxımından son illərin rekorduna imza atdıq. Rəqabət artdıqca futbol daha zövqlü olur. İnşallah, UEFA da bunu görər. Mətbuatda qərarın aprelin 19-da açıqlanacağı yazılıb. Ancaq qitə futbol qurumu konkret tarix bildirməyib. Hər an qərar açıqlana bilər".
Qeyd edək ki, "Qalatasaray"ın yenidən avrokuboklardan kənarlaşdırılması və ya transfer qadağasına məruz qalması gözlənilir.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |