reklam
Demba Ba karyerasını başa vuracaqmı?
Sportfm.az xəbər saytı

Demba Ba karyerasını başa vuracaqmı?


Uzun müddətə sıradan çıxan "Şanxay Şenxua"nın hücumçusu Demba Ba karyerasını başa vurmayacaq. Qol.az-ın RMC-ə istinadən verdiyi xəbərə görə, bu barədə seneqallı futbolçunun özü məlumat verib. Çin superliqasında "Şanxay SİPG" ilə görüşdə ayağı sınan 31 yaşlı futbolçu tezliklə yaşıl meydanlara qayıtmaq üçün əlindən gələni edəcəyini bildirib: "Çox ciddi bir zədə aldım. Ancaq bu çətinliyin də öhdəsindən gələcəm. Karyeramı başa vurmağı düşünmürəm. Çünki daha öncə oxşar zədədən sonra futbola qayıdan oyunçular olub. Məsələn, Hatem Ben Arfa. Gözlənildiyindən də tez sağala bilərəm. Bunun üçün əlimdən gələni edəcəm" . 

Qeyd edək ki, Çin superliqasında keçirdiyi 18 görüşdə 14 qol vuran Demba Ba bombardirlər siyahısında liderlik edir.

Oxşar xəbərlər

Hücumçu İstanbul klubu qarşısında şərt qoydu
Çin klubundan Terriyə təklif var
Demba Banın ayağı qırıldı - VİDEO
Totti: "Karyeramı dəqiq başa vuracam..."
Daha bir ulduz futbolçu Çinə köçdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər