
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Rio-2016: Olimpiadanın qalibi nə qədər qazanacaq?
Azərbaycan prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək 31-ci Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımız və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Sportfm.az xəbər verir ki, sərəncamla 31-ci Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
Birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;
İkinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
Üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Oxşar xəbərlər
Paralimpiyaçılarımız mükafatlandırdı - Tokio-2020
Prezident İlham Əliyevdən idmançılara yeni mükafat - Sərəncam
Prezident idmançıları mükafatlandırdı - 50 mindən 10 minə qədər...
Prezident idmançıları mükafatlandırdı
İlham Əliyev idmançıları mükafatlandırdı: 1-ci yer 50 min...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin