reklam
İvan Qrom:
Sportfm.az xəbər saytı

İvan Qrom:Azərbaycanlıları gördükdə, təəccübləndim


Bir müddət öncə Bakıda keçirilən futtennis üzrə beynəlxalq turnirə yekun vurulub. 
Sportfm.az xəbər verir ki, Azərbaycan Futnet Federasiyasının(AFNF) təşkil etdiyi yarışda Ukrayna yığması qalib gəlib. 6 yığma komandanın mübarizə apardığı turnirdə ukraynalılar gözəl oyunu ilə yadda qalıb. "Marafon" İdman Klubunda yığmamızın da çıxış etdiyi turnirdə, Ukrayna yığmasının heyətində nümayiş etdirdiyi oyun və vurduğu zərbələrlə hər kəsin rəğbətini qazanan İvan Qrom federasiyasının rəsmi saytına təəsüratlarını bölüşüb:"Açığını deyim ki, belə çətin olacağını gözləmirdim. Azərbaycanlılar bu oyunu çox gözəl oynayır. Ümumiyyətlə, yarış çox yaxşı təşkil olunmuşdu. Xeyli sayda yaxşı idmançı gördüm. Bu idman növünə xas olan hərəkətləri edən azərbaycanlıları gördükdə, təəccübləndim. Demək ki, artıq siz də yavaş-yavaş beynəlxalq arenada uğur qazana biləcəksiniz". 24 yaşlı, iki dəfə Ukrayna çempionu olan idmançı ilk dəfə gəldiyi Bakı haqqında da fikirlərini bildirməyi özünə borc bildi:" Paytaxtınız çox gözəldir. Mən hər yerdə tarixlə müasirliyin sintezini gördüm. Bakını belə təsəvvür etmirdim. Hava isə çox gözəldir". 
Qeyd edək ki, turnirdə Ukrayna və Azərbaycanın iki yığması ilə yanaşı, İran, Somali və Rusiya da iştirak edib. 

Oxşar xəbərlər

Azərbaycan yığması beynəlxalq turnirdə - Beynəlxalq turnir
İdmançımz beynəlxalq turnirin qalibi oldu - Uğur
Azərbaycan millisi Ukrayna seçməsi ilə qarşılaşıb
Ukrayna yığması Bakıda ən güclü oldu - FOTO
"Baku World Open"in qalibi məlum oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər