Gimnastika üzrə Dünya Kuboku finalçıları məlum oldu
Bakıda Milli Gimnastika Arenasında keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında dayaqla tullanma hərəkətlərində finalçılar məlum olub.
Sportfm.az xəbər verir ki, təsnifat yekunları üzrə Gürcüstan nümayəndəsi Konstantin Kuzovkov, fillipinli idmançılar Karlos Edriel Yulo və Reyland Kapellan, Çin təmsilçisi Vey-Şen Tszen, belaruslu idmançı Pavel Bulavskiy, Səudiyyə Ərəbistanı təmsilçisi Cəfər Saleh Alsaiq, ukraynalı idmançı Maksim Vasilenko və İtaliya idmançısı Luka Lino Qartsa finala çıxıblar.
Azərbaycan gimnastı Murad Ağarzayev isə 11-ci yeri tutub və finala çıxa bilməyib.
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışının ikinci gününə start verilib.
Birinci günün nəticələrinə əsasən qadın idman gimnastlarımız iki alətdə finalları təmin ediblər. Dayaqlı tullanmada Marina Nekrasova, Yuliya İnşına, parallel qollarda isə M.Nekrasova və digər gimnastımız Mariya Smirnova artıq medallar uğrunda mübarizə aparacaqlar. Turnirin ikinci günü qızlarımız sərbəst hərəkətlər və gimnastika tirində təsnifat yarışlarına qatılacaqlar.
Bakıda 3-cü ildir ki təşkil olunan bu turnirə 25 ölkədən 102 idmançı qatılıb.
Dünya Kuboku martın 18-dək davam edəcək. (trend.az)
Oxşar xəbərlər
Bakıda Dünya Kuboku start götürür
Daha iki gimnastımız Dünya Kubokunda finala çıxdı
Bakıda Dünya Kuboku keçirilir - FOTO
Bakıda dünya kubokuna start verildi
Varnada idman gimnastikası üzrə dünya kuboku yarışı keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
“Şahdağ Qusar” “Cəbrayıl”la bərabərə qaldı - I Liqa
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa















Misli Premyer Liqası