reklam
Uelsli Kral klubundan ayrılmaq istəyir
Sportfm.az xəbər saytı

Uelsli Kral klubundan ayrılmaq istəyir


“Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Qaret Beyl mövsümün sonunda başqa komandaya keçmək niyyətindədir.

Sportfm.az xəbər verir ki, uelsli futbolçu bununla bağlı qəti qərara Çempionlar Liqasının 1/8 finalında “PSJ” ilə cavab matçının 76-cı dəqiqəsində əvəzedici kimi meydançaya çıxmasından sonra gəlib. İlk oyunda isə Beyl 68-ci dəqiqədə oyuna daxil olmuşdu.

Futbolçunun agenti Conatan Barnett yayda yeni klublarla danışıqlar aparacaq. “Real” Beyli beş il əvvəl “Tottenhem”dən aldığı məbləğ - 100 milyon avro qarşılığında başqa kluba verməyə hazırdır.

Xatırladaq ki, “Real”ın uelsli futbolçu ilə müqaviləsinin müddəti 2022-ci ilədək nəzərdə tutulub.

Oxşar xəbərlər

Beyl Madriddə qalacaq
“Beyl “Santiaqo Bernabeu” ilə gözəl şəkildə vidalaşmalıdır” - Ançelotti
“Real” Beylə qiymət qoydu - 15 milyon avro
Qaret Beyl Çin klubundan təklif aldı
"Qaret Beyl də Neymar qədər dəyərlidi"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər