reklam
A Seriyasının təxirə salınan oyunları nə vaxt keçiriləcək? -
Sportfm.az xəbər saytı

A Seriyasının təxirə salınan oyunları nə vaxt keçiriləcək? -Məlum oldu


İtaliya A seriyasının 27-ci turundan təxirə salınan qarşılaşmaların keçiriləcəyi tarix müəyyənləşib.

Sportfm.az xəbər verir ki, yerli futbol federasiyası oyunları gələn aya təyin edib.

Dünən keçirilməli olan 7 görüş "Fiorentina"nın kapitanı Davide Astorinin ölümü səbəbindən təxirə salınmışdı. Beləliklə, "Cenoa" - "Kalyari", "Benevento" - "Verona", "Kyevo" - "Sassuolo", "Torino" - "Krotone" və "Udineze" - "Fiorentina" oyunları aprelin 3-4-də, "Atalanta" - "Sampdoriya" matçı isə 11-də baş tutacaq.

Yalnız "Milan"la "İnter" arasındakı qarşılaşmanın tarixi bəlli deyil. "Rossonyerlər" həmin vaxta qədər Avropa Liqasında mübarizəni davam etdirsələr, Milan derbisi başqa tarixdə oynanılacaq.

Oxşar xəbərlər

3 qarşılaşmanın vaxtı bilindi
"Milan" yenə azarkeşlərini üzdü, "Roma" isə...
Derbidən "qol" səsi çıxmadı
"Qoca sinyora" monaxın yaratdığının "xətrinə dəymədi"
"Yuventus" və "Roma" məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər