Soyuq Yakutskda azərbaycanlının uğuru
Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə altıncı beynəlxalq turnir keçirilib.
Sportfm.az xəbər verir ki, turnirdə məşqçi Nazim Əlicanovun rəhbərliyi altında gənclərdən ibarət sərbəst güləş yığmamızın 5 üzvü qüvvəsini sınayıb. Güləşçilərimiz turniri 1 gümüş və 1 bürünc medalla başa vurublar.
Finaladək bütün rəqiblərindən üstün olan Hacımurad Hacıyev (65 kq) həlledici görüşdə Monqolustan təmsilçisinə uduzub və turnirin gümüş medalına yiyələnib.
Bürünc medalı isə yığmamıza Rəşad Yusifli (79 kq) qazandırıb. Üçüncü yer uğrunda görüşdə güləşçimiz Yunanıstan təmsilçisindən üstün olub.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.
Oxşar xəbərlər
Güləşçilərimiz Yakutskda iki medal qazandı
Güləşçilərimiz “Çempionlar” turnirində iştirak edəcəklər
Əli Əliyevin xatirə turnirindən 2 qızıl və 1 gümüş medal
Sərbəst güləşçilərimiz Olimpiya çempionunun xatirə turnirində yarışırlar
Sərbəst güləşçilərimiz 4 bürünc medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası