reklam
Güləşçilərimiz “Çempionlar” turnirində iştirak edəcəklər
Sportfm.az xəbər saytı

Güləşçilərimiz “Çempionlar” turnirində iştirak edəcəklər


İyulun 4-7-də İstanbulda sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında “Çempionlar” beynəlxalq turniri keçiriləcək.

İyirmi birinci dəfə baş tutacaq turnirdə gənclərdən ibarət sərbəst güləş üzrə yığmamızın üzvləri iştirak edəcəklər.

Sportfm.az xəbər verir ki, böyük məşqçi Saypulla Absaidov və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında 10 güləşçimiz turnirdə mübarizə aparacaq.

Heyətdə Əliabbas Rzazadə (57 kq), İntiqam Vəliyev, Əsgər Məmmədəliyev (hər ikisi 61 kq), Elmar Kazımov (65 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq) və Alimaqomed Alixmayev (97 kq) yer alıblar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edəcək.

Oxşar xəbərlər

Gənc sərbəst güləşçilər Avropa çempionatına yollanır - Heyət
Yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı
Əşrəf Əliyev güləşçilərimizi Mazandarana aparır
Güləşçilərimiz Kiyevdə güclərini sınayacaqlar
Gənc güləşçilərimiz Tehranda beynəlxalq turnirdə mübarizə aparacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər