reklam
“Qarabağ” xal itkisi ilə üzləşdi
Sportfm.az xəbər saytı

“Qarabağ” xal itkisi ilə üzləşdi


Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 17-ci tura start verilib.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

“Keşlə” doğma meydanda “Sumqayıt”la qarşılaşıb. Beş qolun qeydə alındığı matç meydan sahiblərinin çətin qələbəsi ilə başa çatıb.

“Qarabağ” isə Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəldiyi “Kəpəz”lə görüşdə heç-heçəyə razılaşıb.

Əvəzedicilərin çempionatı, 17-ci tur
24 fevral

Keşlə - Sumqayıt 3:2
Qol: Elvin Dəmirov, 17-öz qapısına. Sertan Taşqın, 37. Aqşin Quluzadə, 88 - Fərid Kərimzadə, 26; 42.

Qarabağ - Kəpəz 1:1
Qol: Əli Səmədov, 45 - Ruslan Hacıyev, 78.

Turun digər oyunları sabah keçiriləcək: “Neftçi” - “Zirə”, “Səbail” - “Qəbələ”.

 

Oxşar xəbərlər

İsmayılov "Kəpəz"i cəzalandırdı
"Qarabağ" "Kəpəz"ə qol vura bilmədi
"Qarabağ" yenidən Tofiq Bəhramov adına stadionda
Ağabala Ramazanov "Qarabağ"a qələbə qazandırdı
Əvəzedicilərin yarışı, XV turun oyun cədvəli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər