reklam
Zeynal Zeynalov: Millidə yeni adlar olacaq
Sportfm.az xəbər saytı

Zeynal Zeynalov: Millidə yeni adlar olacaq


Bir müddət öncə çimərlik futbolu üzrə yığma komandamızın baş məşqçisi postunda dəyişiklik baş verdi. Belə ki, AFFA müqaviləsinin müddəti bitən İlham Əzizovun yerinə yığmamının sükanı arxasına köhnə-təzə baş məşqçi Zeynal Zeynalovu gətirdi. Sportfm.az saytının əməkdaşı ilə söhbətdə vaxtilə millimizdə uğurla çalışmış mütəxəssis bir çox məqamlara aydınlıq gətirib. 

Millidən getdikdən sonra sizdən səs-soraq yox idi. Bakıda deyildiniz? 

- Bəli, vətəndə deyildim. Şəxsi işlərimlə bağlı ölkə xaricində idim. 

- Təyinatdan sonra yığma üzvləri ilə görüşə bilmisiniz?

- Kiçik iclas keçirmişik. Görüləcək işlər, məşq prosesi haqqında danışmışıq. Oyunçulara yığma komanda olaraq qarşımıza qoyulan məqsədlərdən bəhs etdim. 

- Futbolçuları bir araya nə vaxt toplayacaqsınız? 

- Baş tutan iclasda ilk toplanışın vaxtını da təyin etdik. Fevralın 28-də Bakı Su İdmanı Sarayının meydançasında məşqlərə başlayacağıq.

- Təlim-məşqdə kimlərin yer alacağı artıq məlumdur, yoxsa?

- Biz yığmanın heyətinə yeni oyunçuları cəlb etməyi çoxdan planlaşdırırıq. Bu işdə bizə yığmanın yeni təyin olunan seleksiyaçısı Hikmət Bağırov kömək edəcək. Komandamızın məşqçisi İlqar Abdulova da böyük ümidlər bəsləyirik. Mən inanıram ki, millidə yeni adlar olacaq. Çalışırıq ki, yeni nəfəs olsun. Sağlam rəqabət hər zaman lazımdır. 

- Baxmayaraq ki, Azərbaycanda əla iqlim şəraiti var, çimərlik futbolu üzrə ölkə çempionatı keçirilmir. Çempionatı olmayan ölkədə yığmaya futbolçuları necə seçirsiniz? 

- Birinci Divizionun və futzal çempionatlarının matçlarını izləyirik. Futbolçuları ancaq ordan seçə bilirik. 

Oxşar xəbərlər

Litvanı məğlub etdik
"Futbolla bağlı bəzi planlarım var idi" - İlqar Qurbanov
"Məni AFFA-ya Qurban Qurbanov məsləhət görüb" - Azər Məmmədov
Zeynal Zeynalov yenidən yığmamızın baş məşqçisi oldu
Qurban Qurbanov: Millidə yeni adlar olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər