reklam
Yeni transferin evinə oğrular girdi -
Sportfm.az xəbər saytı

Yeni transferin evinə oğrular girdi -FOTO


"Barselona"nın yarımmüdafiəçisi Filipp Koutinyo şok hadisə ilə üzləşib.

Sportfm.az xəbər verir ki, Kataloniya klubunun ötən ay "Liverpul"dan transfer etdiyi futbolçunun evi qarət edilib.

Axşam yeməyi üçün ailəsi ilə birlikdə şəhərə çıxan Braziliya millisinin üzvü gecə saatlarında qayıdanda evindən oğurluq edildiyini görüb. Bu səbəbdən ulduz futbolçu dərhal polisə şikayət edib. Lakin oğrular hələ də tapılmayıb. Koutinyo İngiltərəyə yollanaraq Çempionlar Liqasının 1/8 final mərhələsində "Çelsi" ilə görüşdə komandasını dəstəkləməyi planlaşdırsa da, bu hadisədən sonra ailəsinin yanında qalmağı qərara alıb.

Qeyd edək ki, "Barselona" Filipp Koutinyonu "Liverpul"dan 120 milyon avroya transfer edib. 

Oxşar xəbərlər

Koutinyo klubunu dəyişdi - FOTO
"Barselona" Koutinyonu icarəyə verdi
"Barselona"nın oyunçusu "Yuventus"un hədəfindədir
Ceyhun Sultanovun evi qarət olundu - Film kimi oğurluq
"Barselona" Koutinyonu transfer etdi - 192 milyon avroya

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər