Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Milli komandaya yeni baş məşqçi təyin edildi
Futbol üzrə Şotlandiya yığma komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportfm.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Aleks Makliş çalışdıracaq. 59 yaşlı mütəxəssis Şotlandiya Futbol Federasiyası ilə 2020-ci ilə qədər müqavilə imzalayıb.
Xatırladaq ki, Şotlandiya yığmasına son olaraq Qordan Straçan rəhbərlik edirdi. Lakin komanda DÇ-2018-ə vəsiqə qazana bilmədiyi üçün o, istefaya göndərilmişdi.
Makliş karyerasında ikinci dəfə Şotlandiya yığmasının “sükanı arxasına” keçir. Şotlandiyalı mütəxəssis 2007-ci ildə də qısa müddətə ölkəsinin yığmasına rəhbərlik edib. Onun son iş yeri isə Misirin “Zamalek” klubu olub.
Oxşar xəbərlər
Millidə yeni baş məşqçi - Müqavilə
Tanınmış məşqçi dünyasını dəyişdi - 73 yaşında
Çexiya millisinin yeni baş məşqçisi müəyyənləşdi
Futbolçu İngiltərə və Şotlandiya "arasında qalıb"
Seşmə mərhələdəki uğursuzluğa görə istefaya göndərildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası