Bəkirov yarımfinalda, Əzimov erməni ilə üz-üzə
İran İslam Respublikasının Təbriz şəhərində sərbəst güləş üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turniri keçirilir.
Sportfm.az xəbər verir ki, 23 ölkədən 190-a yaxın idmançının iştirak edəcəyi turnirdə Azərbaycan pəhləvanları da mübarizə aparır. Artıq 97 kq çəkidə mübarizə aparan Roman Bəkirov yarımfinala yüksəlib. 70 kq-da ölkəmizi təmsil edən Coşqun Əzimov isə 1/4 finalda erməni güləşçisi Narek Sirunyanla üz-üzə gələcək.
1/2 final
97 kq - Roman Bəkirov
1/4 final
70 kq - Narek Sirunyan (ARM) - Coşqun Əzimov
79 kq - Ali Şabanau (BLR) - Murad Süleymanov
86 kq - Kamran Ghasempur (İRİ) - Hacımurad Məhəmmədsəidov
92 kq - Araşk Mohebi (İRİ) - Cavid Sadıqov 11:4
97 kq - Roman Bəkirov - Faruk Akkoyun (TUR) 4:2
1/8 final
61 kq - Niurhun Skrabin (BLR) - Pərviz İbrahimov 10:6
70 kq - Batyr Orazgylyjov (TKM) - Coşqun Əzimov 1:6
70 kq - Pənah İlyaslı - Mustafa Kaya (TUR) 0:5
79 kq - Engin İsmail (BUL) - Murad Süleymanov 0:10
86 kq - Hacımurad Məhəmmədsəidov - Saxob Nimatzoda (TJK) 10:0
97 kq - Zviad Metreveli (GEO) - Roman Bəkirov 0:10
125 kq - Elyas Baxtiyari (İRİ) - Umar İsrailov 5:0
1/16 final
61 kq - Pərviz İbrahimov - Levan Murtsxvaladze (GEO) 8:1
61 kq - Elçin Vəliyev - Niurhun Skrabin (BLR) 0:10
70 kq - Zafer Dama (TUR) - Pənah İlyaslı 1:1*
86 kq - Dato Piruzaşvili (GEO) - İbrahim Yusubov 5:2
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edir.
Oxşar xəbərlər
Güləşçilərimiz “Continental Cup” turnirində iştirak edəcəklər
Hərbçilərin Dünya çempionatından 11 medal
Sərbəst güləşçilərimiz 4 bürünc medal qazandı
Bu dəfə sərbəst güləşçilərimiz İrana yollanır - Təxti Kubokuna
Güləşçilərimiz Dağıstanda mübarizə aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası