reklam
Alesio biabırçı məğlubiyyəti şərh etdi: Ola bilsin...
Sportfm.az xəbər saytı

Alesio biabırçı məğlubiyyəti şərh etdi: Ola bilsin...


Sportfm.az AFFA-nın rəsmi saytına istinadən futzal üzrə Avropa çempionatının ¼ final mərhələsində Portuqaliya ilə qarşılaşan və məğlub olan Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silvanın oyundan sonra səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:
“Oyuna yaxşı başladıq. Hətta erkən qol vurduq. Ancaq sonra ardıcıl 2 səhvə yol verdik və rəqib hər iki epizoddan düzgün istifadə etdi. Bundan sonra səhvlər bir-birini təkrarladı. Xüsusilə də oyunun birinci hissəsində bunun qarşısını ala bilmədik. Müdafiə xəttimiz çox zəif çıxış etdi. Ola bilsin, buna İspaniya ilə oyunda çox güc sərf etməyimiz və yorğun olmağımız da təsir etsin. Çünki hazırlaşmaq üçün çox az vaxtımız var idi. Portuqaliya millisinin təbrik edirəm, onlar həqiqətən də yaxşı oynadılar”. 
Qeyd edək ki, yığmamız rəqibinə 1-8 hesabı ilə məğlub olub. 
 

Oxşar xəbərlər

Yığmamızın "vuran ayağı" Tyaqo: Buranı pis hesabla tərk edirik
Joze Alesio Da Silva kimdən çəkindiyini açıqladı: İstənilən saniyədə matçın taleyini həll edəcək
Joze Alesio Da Silva: Qrup mərhələsini birinci pillədə başa vurmaq şansımız var
Joze Alesio Da Silva: Onlar hələ də tam hazır deyillər
Millimizin baş məşqçisi: Rəqib belə səhvləri bağışlamır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər