reklam
Joze Alesio Da Silva: Qrup mərhələsini birinci pillədə başa vurmaq şansımız var
Sportfm.az xəbər saytı

Joze Alesio Da Silva: Qrup mərhələsini birinci pillədə başa vurmaq şansımız var


Sportfm.az saytı Sloveniyanın Lyublyana şəhərində təşkil edilən futzal üzrə Avropa çempionatının final mərhələsindəki Fransa – Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Joze Alesio da Silvanın səsləndirdiyi fikirləri diqqətinizə çatdırır:“Komandam oyuna yaxşı hazırlaşmışdı. Fransa ilə oyunun bizim üçün final matçına bərabər olduğunu hamımız anlayırdıq. Oyun ərzində müəyyən gərgin anlar oldu. Hətta hesabda geriyə də düşdük. Ancaq oyunçularım tez bir zamanda toparlanmağı və oyun intizamını qorumağı bacardılar. Onlar məşq zamanı dediklərimi tətbiq etdilər. Ardıcıl 2 qol vurduq və hesabı lehimizə dəyişdikdən sonra psixoloji üstünlüyə də sahib olduq. Fransa millisi sona qədər mübarizə apardı. Onlar məğlubiyyətlə barışmaq istəmirdilər. İspaniya ilə oyunda qazandıqları 1 xal onlarda inam yaratmışdı. Təzyiq altında meydana çıxsaq da, vacib qələbə qazandıq. Bizi qrupda İspaniya ilə matç gözləyir. ¼ finala vəsiqəni təmin etməyimizə baxmayaraq, qələbə qazanmaq üçün mübarizə aparacağıq. Çünki qrup mərhələsini birinci pillədə başa vurmaq şansımız var. Təbii ki, ispanlar da mübarizəni davam etdirmək üçün qələbə qazanmağa çalışacaqlar”.
Qeyd edək ki, yığmamız Fransanı 5-3 hesabı ilə məğlub edib. 

Oxşar xəbərlər

"Şanslar hələ bitməyib" - Joze Alesio Da Silva
Alesio biabırçı məğlubiyyəti şərh etdi: Ola bilsin...
Joze Alesio Da Silva kimdən çəkindiyini açıqladı: İstənilən saniyədə matçın taleyini həll edəcək
"Fransa ilə oyunda çətinliklə qələbə qazandıq"
Fransız baş məşqçi: Avropanın ən güclü hücum xəttinə malik Azərbaycan millisi...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər