Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ”ın rəqibləri müəyyənləşdi
Ağdamın “Qarabağ” futbol klubu Antalyadakı qış təlim-məşq toplanışı çərçivəsində 6 yoxlama oyunu keçirəcək.
Sportfm.az xəbər verir ki, Azərbaycan çempionunun bütün rəqibləri və oyunların keçiriləcəyi vaxt məlum olub.
“Qarabağ” ilk matçında yanvarın 17-də Rusiyanın “Kuban” klubu ilə qarşılaşacaq. Baş məşqçi Qurban Qurbanovun komandası yanvarın 20-də Polşanın “Lexiya”, beş gün sonra isə Makedoniyanın “Şkupi” və Ukraynanın “Mariopul” klubları ilə üz-üzə gələcək.
“Qarabağ”ın beşinci sınağı yanvarın 29-da Bosniya və Herseqovinanın “Sarayevo” komandasına qarşı olacaq. Sonuncu yoxlama matçında isə fevralın 3-də Monteneqronun “Mladost” komandası rəqib olacaq.
Oxşar xəbərlər
“Qarabağ” – “Mladost” görüşünün başlama saatı məlum oldu
"Qarabağ" bosniyalılara belə məğlub oldu - VİDEO
"Qarabağ" makedoniyalılara qol vura bilmədi
"Qarabağ" Antalyaya yollandı - FOTO
"Kuban" "Qarabağ"ın rəqibi olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası