Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İranlı xanımların son icadı -FOTO
İranda qadınlar futbol meydançalarına gedə bilmək üçün saxta saqqallar taxırlar.
Sportfm.az xəbər verir ki, İranda qadınların matçlara getməsi qadağan edildiyindən qadınlar kişi komandalarının oyunlarına saxta saqqallarla gedir. Ölkədə qadınlar matçlara parik, saqqal, bığ taxıb, kişi paltarı geyinirlər.
Stadionlara keçmək üçün təhlükəsizlik xidmətinin baxışından keçən qadınlar onları aldatmağı bacarıb.
İranlı qadınların stadiona girmək üçün əl atdığı üsullar isə dünya mediasında böyük maraqla qarşılanıb. Özlərini kişiyə bənzədən qadınlar, eyni zamanda, azarkeşi olduqları komandanın rəngini üzlərinə çəkiblər.
Bundan başqa, İranda kişilər də qadın cildinə girir. Ölkədə xüsusilə qadınlar üçün ayrılan məkanlar fəaliyyət göstərir. Kişilər bu məkanlara girə bilmək üçün qadın paltarı geyinib makiyaj edirlər. Sonuncu dəfə qadın yarışları təxminən 2 ay əvvəl baş tutub. İranda keçirilən 5-ci "Asiya Qadınlar Kabaddi" Çempionatında Tailand komandasının kişi məşqçisi, salona girmək üçün başını örpəklə bağlayaraq, qadın libasında içəri girmişdi. (publika.az)
Oxşar xəbərlər
Qadınların stadiona girişini öz gözü ilə görmək istəyir
İranda qadınlar stadiona buraxıldı - FOTOLAR
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək
İranda qadınlar elə bir şey etdiki... FOTO
Derbini izləmək istəyən 35 qadın saxlanıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası