reklam
Sportfm.az xəbər saytı

"Mançester Siti" tarixinin ən bahalı transferi reallaşdı


"Atletik"in müdafiəçisi Emerik Lyaport karyerasını "Mançester Siti"də davam etdirəcək.

Sportfm.az xəbər verir ki, gənc oyunçu "şəhərlilər"lə hərtərəfli anlaşma əldə edib.

Klublar arasında aparılan danışıqlar da artıq müsbət nəticələnib. Razılığa əsasən, "Mançester Siti" 24 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfə 65 milyon avro ödəyəcək.Bu isə İngiltərə nəhənginin ən bahalı transferi kimi tarixə düşəcək. Hələlik bu baxımdan rekord 2015-ci ildə "Volfsburq"dan 63 milyon avroya alınan Kevin De Bruyneyə məxsusdu.
 
Lyaport yaxın günlərdə yeni komandası ilə 6 illik müqaviləyə qol çəkəcək.

Oxşar xəbərlər

Premyer Liqanın ən bahalı heyətə sahib klubları - SİYAHI
Müdafiəçi transferində rekord məbləğ
"Mançester Siti"nin Mbappe planı
"Liverpul" transfer bombasını partlatdı - rekord qırıldı
Futbol tarixinin 10 ən bahalı transferi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər