reklam
Sportfm.az xəbər saytı

"Liverpul" transfer bombasını partlatdı -rekord qırıldı


Çempionlar Liqasının finalında qapıçısı Loris Kariusın buraxdığı kobud səhvlər üzündən "Real"a yenilən "Liverpul" heyətinə yeni qapıçı qatıb. 
Sportfm.az xəbər verir ki, İngiltərə klubu Alissonun transferi üçün "Roma" ilə anlaşıb. Razılaşmaya əsasən "Liverpul" braziliyalı qapıçı üçün 75 milyon avro ödəyəcək.  
Bu Premyer Liqada baş tutmuş ən bahalı qapıçı transferi olacaq. Bundan əvvəlki rekord Edersona məxsus idi. "Mançester Siti" onu 40 milyon avroya almışdı. 
Qeyd edək ki, "Roma" Alissonu 2016-ı ildə Braziliyanın "İnternasional" klubundan 8 milyon avro qarşılığında rənglərinə bağlamışdı. Hazırda "Transfermarkt" ona 60 milyon avro qiymət qoyub.

Oxşar xəbərlər

Ən bahalı heyəti olan klublar - SİYAHI
Yan transferdə hər kəsi "yandıra" bilər
Futbol tarixinin ən bahalı qapıçısı Londonda
"Real" bu transferdə hər kəsi qabaqladı
Futbol tarixinin 10 ən bahalı transferi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər