reklam
Deniz Yılmaz Azərbaycan pasportundan imtina edəcək
Sportfm.az xəbər saytı

Deniz Yılmaz Azərbaycan pasportundan imtina edəcək


Türkiyənin "Gənclərbirliyi" komandasının baş məşqçisi Ümit Özat Azərbaycan millisinin futbolçusu Deniz Yılmazın transferi ilə bağlı fikirlərini bölüşüb.

Sportfm.az xəbər verir ki, 42 yaşlı mütəxəssis "Anadolu" Agentliyinə müsahibəsində deyib ki, 29 yaşlı hücumçu istedadlı və səviyyəli oyunçudur: "Deniz Yılmazı heyətimizə qatdıq. O, istedadlı, səviyyəli və gələ biləcəyi yerlərə hələ gəlməyən bir oyunçudur. İnanıram ki, "Gənclərbirliyi"ndə yüksəlişə nail olar".

Qeyd edək ki, Deniz Yılmaz "Bursaspor"da maaş məsələsində rəhbərliklə problem yaşadığı üçün transferə çıxarılmışdı. Onun Türkiyədə legioner sayılmaması üçün Azərbaycan pasportundan imtina edəcəyi iddia olunur.

Oxşar xəbərlər

Azarkeşlər söydüyü üçün istefa verdi
Millimizin futbolçusu "Bursaspor"un maraq dairəsinə düşdü
Millimizin hücumçusu özünə klub tapdı
Millimizin hücumçusu ilə bağlı önəmli qərar
"Bursaspor"un forvardı yığmamızda!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər