Millimizin Gürcüstanla oyunu niyə ləğv olunub? -Rəsmi açıqlama
"Gürcüstan və Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu başqa vaxtda keçiriləcək. Yaxın günlərdə tərəflər tarixi müəyyənləşdirəcəklər".
Sportfm.az xəbər verir ki, bu sözləri Gürcüstan Futbol Federasiyasının vitse-prezidenti Aleksandr İaşvili deyib. Qurumun rəsmi saytına danışan mütəxəssis yığmamızla oyundan imtina etmələrinin səbəbini açıqlayıb:
"Bu mərhələdə milli komandanın əsas üzvləri öz klublarının düşərgəsindədilər. Onların təlim-məşq toplanışı fərqli ölkələrdə keçirilir. Ona görə də indiki məqamda millinin toplaşması bir qədər çətin məsələdir. Yanvarın 24-də Lozannada "Millətlər Liqası"nın rəsmi təqvimi açıqlandıqdan sonra bütün yoldaşlıq oyunlarının vaxtı müəyyənləşəcək".
Qeyd edək ki, Azərbaycan və Gürcüstan milliləri arasında yoxlama oyunu fevralın 2-də Antalyada keçirilməli idi(qol.az).
Oxşar xəbərlər
Millimizin Gürcüstanla yoldaşlıq oyunları ləğv edildi
Ermənistan – Albaniya matçı ləğv olundu
İtaliyanın qarşılaşması ləğv olundu
Azərbaycan–Gürcüstan oyunu ləğv olundu
Azərbaycan - Gürcüstan matçının keçiriləcəyi məkan müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Marafon” məğlub oldu - “World Winners Cup Alanya 2026”
-
2 komanda 1//8 finala yüksəldi - Azərbaycan Kuboku
-
Rəhim Həsənov hakimin səhv etdiyini açıqladı - VİDEO
-
Ölkəmizi Asiya kubokunda onlar təmsil edəcək
-
1/8 finalçılar müəyyənləşir - Azərbaycan Kuboku
-
“DH Volley” mübarizəyə başlayır - Çelenc Kuboku














Misli Premyer Liqası