Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Kəpəz" rəsmisinin komandasının oyunundan xəbəri yoxdur...ARAŞDIRMA
16 ildən sonra "Kəpəz" azarkeşlərinin həsrətinə son qoyuldu. Şahin Diniyevin rəhbərlik etdiyi komanda bütün çətinliklərə baxmayaraq, Premyer liqaya qayıtdıqdan sonra ilk cəhddən avrokuboklara vəsiqə qazandı. Kiçik büdcə və məhdud heyətlə böyük uğura imza atan Şahin Diniyevi və futbolçuları alqışlamaq lazımdır. Artıq komanda Moldova təmsilçisi "Daçiya" ilə Avropa liqasının ilk təsnifat mərhələsində görüşdə meydanada çıxıb. "Kəpəz" moldovalılarla gərgin keçən görüşdə 0:0 bərabərə qalıb. Təbii ki, uzun müddət Avropada çıxış etməyən klubun azarkeşləri birinci matçın "Dalğa Arena"da keçirilməsinin əziyyətini çəkdilər. Mövsümboyu azarkeş sayında rekordlara imza atan klub, avrokubok matçında çox az sayda seyrcinin dəstəyinə nail oldu. Hazırda isə "Kəpəz" azarkeşləri daha bir problemin astanasındadır. Belə ki, komandanın Moldova təmsilçisi ilə səfərdə keçirəcəyi oyunun ölkəmizdə yayımlanmamaq ehtimalı var. Sportfm.az saytı bu məsələni araşdırmaq qərarına gəldi. İlk müraciət etdiyimiz şəxs "Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu problemlə bağlı bunları dedi:
"Orada canlı yayım yoxdu. Yayımı biz təşkil etmirik, yayımı Moldova tərəfi verməlidir. Onlarda yayım yoxdursa, biz necə göstərə bilərik oyunu? Biz onlarla danışdıq ki, gəlin barter eliyək - biz sizə siqnal verək, sizdə siqnalı bizə verərsiniz. Onlar dedilər ki, bizdə yayım olmayacaq".
Məsələyə tanınmış jurnalist Elçin Cəlilovun münasibətini öyrəndik:
"Yayım məsələsinin həll olunmaması 95 faiz maddi məsələ ilə əlaqələndirilməlidir. Güman ki, qarşı tərəf yayım icazə üçün müəyyən məbləğ istəyib, onun ödənişində problem yaranıb. Klub bu məsələlərin vacib olduğunu bilir, yaxud bilməlidir. Çünki orda futbolun nə olduğunu bilən insanlar var. Məsələ elə böyük maddi məbləğdə deyil. Əgər maddi məsələ deyilsə, onda süni əngəl yaradılıb. Çünki "Daçiya"nın burda davranışı hiss elətdirdi ki, o klub peşəkar idarə olunmur. Baş məşqçi əvəzinə texniki zonada göstərişləri, əvəzetmə qərarlarını klubun prezidenti Adlan Şişxanov verirdi. Onlar burda dəfələrlə mübahisəyə girişdilər. Hətta "Sizə Moldovada göstərərik"" kimi hədələr də oldu.Güman ki, əgər maddi problem deyilsə, onda məsələ bu detaldan qaynaqlanır.İstənilən halda, "Kəpəz" tərəfi durum barədə ətraflı açıqlama verməlidi, ictimaiyyətin xəbəri olmalıdır".
Təbii ki, belə olan halda qarşı tərəfində mövqeyini öyrənmək qərarına gəldik. "Daçiya" klubunun mətbuat xidmətinin əməkdaşı Sergey Karaus matçın yayımlanacağını bildirdi:
"Komandamızın "Kəpəz"lə görüşü yayımlanacaq. İnternet üzərindən olacaq yayımı soccer.md və klubumuzun rəsmi saytı vasitəsilə izləmək mümkün olacaq". Göründüyü kimi, vacib görüşü Moldova tərəfi internet üzərindən olsa belə yayımlayır, özüdə iki internet resursu üzərindən. Ancaq təəssüflər olsun ki, klub rəsmisinin bundan xəbəri yoxdur.
Oxşar xəbərlər
Adlan Şişxanov:Stadionu "Kəpəz" üçün cəhənnəmə çevirəcəyik
Rəqibdən "Kəpəz"ə qarşı daha bir provokasiya...FOTO
"Daçiya"nın prezidenti: "Məqsədimiz "Kəpəz" səddini keçməkdir"
“Daçiya” klubu ilə oyun həmişə çətin keçib! – MÜSAHİBƏ
İyunun 30-da "Kəpəz" meydana çıxmayacaq!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası