reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ı daha bir legioner tərk etdi


"Qarabağ"ın "Olimpiakos"dan icarəyə götürdüyü Tarik Elyunussi yeni kluba transfer olunur.

Sportfm.az xəbər verir ki, norveçli futbolçunun İsveçin AİK klubuna keçəcəyi dəqiqləşib.

Yunanıstan təmsilçisi bu transfer üçün AİK-dən 1 milyon avro təzminat istəyib. Transferlə bağlı məsələlərin yaxın günlərdə yekunlaşacağı bildirilir.

Qeyd edək ki, uzun müddətdir zədəli olan 29 yaşlı yarımmüdafiəçi ötən ilin yayında "Qarabağ"a transfer edilib və müddət ərzində cəmi 8 oyunda forma geyinib.

“Transfermarkt” Tarıka 1,5 milyon avro qiymət qoyub.

Oxşar xəbərlər

Amin üçün 11 milyon avro - TRANSFER
Məhəmməd Elyunussi Premyer Liqa klubuna transfer oldu
Daha bir legioner "Qarabağ"dan ayrıldı
“Qarabağ”ın futbolçusu İsveç klubunda!
Norveç yığmasının üzvü "Qarabağ"da

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər