Səfərə qatılmalı olan dördüncü alpinist: “Çox təəssüf ki, mən onlarla gedə bilmədim”
""Gilavar" - hava və ekstrim idman klubunun illik təqviminə uyğun olaraq dekabrın 23-də 4 nəfər klub üzvü səfərə çıxmalı idi. Son anda alpinistlərdən Elman Əkbərovun yürüşə getməsi alınmadı və səfər üç nəfərlə baş tutdu".
Sportfm.az xəbər verir ki, bunu report-a açıqlamasında Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri Aydın Məmmədov deyib. O bildirib ki, Babur Hüseynov qrupun bələdçisi olub, Namin Bünyatov və Fəridə Cəbrayılzadə isə "Gilavar" - hava və ekstrim idman klubunun üzvləridir: "Alpinistlərin itkin düşməsi inandırıcı deyil, onların hamısı təcrübəlidir. Ümid edirik ki, havanın tutqunluğu səbəbindən gözləməli olublar və gecikiblər". "Report" səfərə çıxa bilməyən alpinist Elman Əkbərova müraciət edib. Lakin E.Əkbərov hazırda məsələ ilə bağlı şərh vermək istəmədiyini deyib: "Çox təəssüf ki, mən onlarla gedə bilmədim. Ümid edirəm ki, hər şey yaxşı olacaq". РЕКЛАМА new.integral.az Подробно Native Video by Adributor Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Onların axtarışları DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.
Oxşar xəbərlər
İtkin alpinistlərdən xəbər var - “Hər yerə hətta təkrar baxılıb”
Klub rəhbəri: 10 gündür onları axtarırıq
İtkin düşən alpinistlər ancaq Qubada axtarılmayacaq
"Onların sağ olduğuna inanmalı və dualarımızı əsirgəməməliyik" - Açıqlama
Yoxa çıxan alpinistlərlə bağlı açıqlama
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası