Neftçi qapıçısını geri qaytardı
"Qəbələ" klubu qapıçısı Aqil Məmmədovla yollarını ayırmağa qərar verib.
Sportfm.az xəbər verir ki, 28 yaşlı qolkiperlə mövsümün sonunadək olan anlaşma qarşılıqlı razılıq əsasında pozulacaq.
Məmmədovun tezliklə azad agent kimi "Neftçi"yə keçəcəyi gözlənilir. O, yayda transfer olunduğu "Qəbələ"də ayına 3000 manat maaş alsa da, mövsümün ilk yarısının əksər hissəsində ehtiyatda qalıb. O, yalnız "Mil-Muğan"ı 8:0 hesabı ilə yendikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda meydana çıxıb. Bu isə həm "qırmızı-qaralar"ı, həm də ehtiyatda qalmaq istəməyən təcrübəli qapıçının özünü qane etmir. Oyunçu klubuna müraciət edərək, ayrılmaq istədiyini bildirib. "Qəbələ" rəhbərliyi isə onun gedişinə şifahi razılıq verib.
Qeyd edək ki, Aqil Məmmədov transfer vərəqini aldıqdan sonra "Neftçi" ilə müqavilə bağlayacaq. (report.az)
Oxşar xəbərlər
"Neftçi" "Qəbələ"ni "sökməkdə" davam edir!
Baqali Dabo qərarını verdi
“Beşiktaş” qapıçısı ilə yollarını ayırdı
"Neftçi"dən Aqil oyunu - Aldı, qovdu
Bölgə komandası "Neftçi"nin futbolçusunu almaqdan imtina etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası