

"CBC Sport"da yeni mövsümün sürprizləri: Telekanal 4K sisteminə keçir
"CBC Sport" telekanalı yeni mövsümə iddialı başlayır.
Sportfm.az saytı xəbər veriri ki, kanalın direktoru Volkan Üstün verdiyi məlumata görə, "CBC Sport" sentyabrdan 4K sistemi ilə təchiz olunacaq. Bu sistem ultra HD keyfiyyəti sayılır və burda insanların üz cizgilərini daha da yaxından görmək imkanı mümkündür.
Bundan başqa, bildiyiniz kimi, telekanal futbol üzrə Azərbaycan Premyer Liqası, ölkə kubokunun bütün matçları, hətta I divizionun mərkəzi qarşılaşmalarından yayım hüququna malikdir. Telekanal sentyabrda bu oyunlarda yeni aldığı drondan da istifadə edəcək. Bu dron vasitəsilə istənilən oyunçunu xüsusi şəkildə izləmək mümkün olacaq.
Kanalın yeni verilişləri ilə yanaşı, beynəlxalq oyunlardan canlı yayımları da olacaq. Məsələn, telekanal avqustun 28-dən sentyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək cüdo üzrə dünya çempionatını canlı yayımlayacaq. Ümumiyyətlə, telekanal dünən 4 il boyunca cüdoda keçiriləcək Avropa çempionatı, Böyük Dəbilqə, Qran-Pri yarışlarının da yayım hüququna yiyələnib.
Bundan başqa, bokssevərlər bu mövsüm UFC-nin (Ultimate Fighting Championship) görüşlərini də canlı izləmək imkanı əldə edəcək. İlk canlı yayım avqustun 26-da ABŞ-da keçiriləcək Floyd Meyvezer - Konor Makqreqor döyüşündən gerçəkləşəcək.
Telekanal futbol üzrə İtaliya A Seriyası, Hollandiya Erediviziyası, Türkiyə kuboku matçlarını yenə yayımlamaqda davam edəcək. Bu dəfə Rusiya Premyer Liqasını isə Ukrayna çempionatı əvəzləyəcək. Buna səbəb Rusiyadakı oyunlara onsuz da azarkeşlərin "Matç TV" vasitəsilə baxması, üstəlik Ukrayna çempionatının qonşu ölkədəkindən daha maraqlı keçməsidir.
Qeyd edək ki, "CBC Sport"un istifadə edəcəyi 4K sistemindən artıq Türkiyədə yararlanırlar. Ayrıca mövcud olan TRT 4K kanalı 2015-ci ilin fevralın 19-dan "Türksat 2A"da fəaliyyətə başlayıb. Ötən ilin iyunun 10-dan isə TRT 4K "Türksat 3A"dan futbol üzrə Avropa çempionatının açılış mərasimi və ilk matçını yayımlanmağa başlayıb.
Mənbə:Prosport.az
Oxşar xəbərlər
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
“Qarabağ” – HJK matçını yayımlayacaq telekanal
Çempionlar Liqasının yayım hüququ "CBC Sport"a qismət oldu - 2024-cü ilədək
Günün canlı yayımlanacaq qarşılaşmaları - SİYAHI
Azərbaycanda Avropa çempionatının yayımçısı müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin