Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Paris klubu istəyindən əl çəkmir!
PSJ "Milan"ın qapıçısı Canluici Donnarummanı transfer etməkdə israrlıdı.
Sportfm.az xəbər verir ki, Paris klubu qapıçının agenti Mino Rayola ilə danışıqları bərpa edib.
PSJ Canluicini yayda transfer etmək istəyirdi. Paris nəhəngi həmin vaxt ona görə 70 milyon avro ödəməyə hazır idi. Ancaq həmin vaxt "Milan" Donnarummanı yeni müqavilə bağlamağa razı sala bilmişdi. Qapıçı ilə müqavilə 2021-ci ilə qədər uzadılmışdı.
Məlumata görə, Donnarummanın yeni müqaviləsində buraxılması üçün tələb olunan kompensasiyanın məbləği göstərilməyib.
O, cari mövsümdə A seriyasında 16 oyun keçirib, 21 qol buraxıb.
Oxşar xəbərlər
"Çelsi" və "Milan"dan dəyiş-düyüş - Transfer
Zlatan İbrahimoviç "Milan"dan 6 milyon tələb edir - Klub 4 milyon verir
Beqoviçin "Milan"dakı taleyi - Cəmi iki oyun
Fransa klubu daha bir "partlayış"a hazırlaşır
Gənc qapıçı qərarı ilə "Milan"ı şoka saldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası