reklam
Rusiya Olimpiya Oyunlarından kənarlaşdırıldı -
Sportfm.az xəbər saytı

Rusiya Olimpiya Oyunlarından kənarlaşdırıldı -BOK-dan şok qərar


Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Rusiya yığmasını 2018-ci ildə Cənubi Koreyanın Pxönçan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına qadağa qoyub.
Sportfm.az xəbər verir ki, bu barədə BOK-un saytında dərc olunmuş məlumatda bildirilir. Məlumata görə, Oyunlarda olimpiya bayrağı altında yalnız "təmiz" (doppinq qalmaqalında adları hallanmayan) rusiyalı idmançılar iştirak edə biləcək.
Məlumatda qeyd olunub ki, Rusiya bayrağı, "Rusiya" yazısı daxil olmaqla, bu ölkəyə dair istənilən atributun nümayiş etdirilməsi qadağan olunub. Bundan başqa, rusiyalı idmançılara dövlət himnini səsləndirməyə qadağa qoyulub.
BOK-un relizində qeyd olunur ki, rusiyalılar rəsmi olaraq "Rusiyadan gəlmiş olimpiya idmançıları" kimi təqdim edilə bilərlər: "Onlar üzərində bu sözlər yazılmış geyimdə və Olimpiya bayrağı altında çıxış edə bilərlər. Mərasimlərdə isə, Rusiyanın yox, Olimpiadanın himni səsləndiriləcək", - deyə məlumatda bildirilir.
Rusiyan İdman Nazirliyinin heç bir nümayəndəsi Olimpiadada akkreditasiya edilməyib.
Vitse-prezident, sabiq idman naziri gələcəkdə bütün Olimpiya Oyunlarında iştirakdan kənarlaşdırılıb. Eyni qərar onun müavini Yuri Naqornıx barəsində də çıxarılıb.
Rusiya Olimpiya Komitəsinin sabiq rəhbəri Dmitri Çernışenko "Pekin-2022" Əlaqələndirmə Komitəsində iştirakdan kənarlaşdırılıb.
Rusiya Olimpiya Komitəsinin hazırkı rəhbəri Aleksandr Jukov BOK-dan uzaqlaşdırılıb.
BOK-un İcraiyyə Komitəsinin Lozannada keçirilən iclası zamanı iki komissiya rəhbərinin hesabatı dinlənilib. Onlardan biri Olimpiada-2014-də iştirak etmiş rusiyalı idmançıların doppinq testlərinin təkrar yoxlanılması ilə məşğul olub. Bu komissiyanın fəaliyyəti nəticəsində Rusiya Soçi Olimpiadasında əldə etdiyi 33 medaldan 11-dən məhrum edilib və nəticədə, medal hesabında birinciliyi itirib.
İkinci komissiya isə Rusiya hakimiyyətinin dövlət antidoppinq sisteminin işinə müdaxilə etməsini araşdırıb.

Oxşar xəbərlər

Rusiya Olimpiya Komitəsinin fəaliyyəti dayandırıldı
Rusiya bayrağı və himni Olimpiadada qadağan edilsin - TƏKLİF
"Rusiyanın Beynəlxalq Olimpiya Komitəsinə üzvlüyü bərpa edilib" - KİV yazır
İdman Arbitraj Məhkəməsi Beynəlxalq Olimpiya Komitəsinin qərarını ləğv etdi
Olimpiadaya SSRİ-nin rəmzləri ilə yollana bilərlər!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər