reklam
İrana yollanacaq güləşçilərimiz məlum oldu
Sportfm.az xəbər saytı

İrana yollanacaq güləşçilərimiz məlum oldu


21-25 noyabr 2017-ci il tarixdə İran İslam Respublikasının paytaxtı Tehranda kiçik yaşlı yeniyetmə güləşçilər arasında "Day of children" beynəxalq turniri keçiriləcək.

Sportfm.az xəbər verir ki, komanda yarışı xarakterli turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandalarımız iştirak edəcək.

Məşqçilər Namiq Quliyev və Mehman Nəcəfovun rəhbərliyi altında mübarizə aparacaq sərbəst güləş yığmamızın heyətində Rəşad Ağayev (32 kq), Murad Məmmədzadə (35 kq), Heydər Nuriyev (38 kq), Fəqan Mirzəyev (42 kq), Ruslan Şıxıyev (47 kq), Məhəmmədəli Quliyev (53 kq), Sabir Cəfərov (59 kq), Varis Mehdizadə (66 kq), Valeh Həmidov (73 kq) və Cəfərsadiq Muradlı (85 kq) yer alıb.

Noyabrın 24-25-də məşqçilər İslam Cəfərov və Fuad Əliyevin rəhbərliyi altında yunan-Roma güləşçilərimiz Rahim Həsənov (32 kq), Emil Əliyev (35 kq), Rəşad Həsənli (38 kq), Cavidan Məmmədli (42 kq), Qurban Qurbanov (47 kq), Elmir Əliyev (53 kq), Əli Əliyev (59 kq), Rauf Əliyev (66 kq), Eldar Məmmədov (73 kq) və Laçın Vəliyev (85 kq) turnirə qoşulacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev təmsil edəcək.

Oxşar xəbərlər

Güləşçilərimiz Olimpiya Festivalına Xaçmazda hazırlaşır
Yığma komandamız İrana yollanacaq
Qurban Qurbanov "İmam Cup"a nəyə yollanır?
Güləşçilərimiz Kiyevdə güclərini sınayacaqlar
Gənc güləşçilərimiz Tehranda beynəlxalq turnirdə mübarizə aparacaqlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər