reklam
Sportfm.az xəbər saytı

"Qızıl top"un veriləcəyi tarix açıqlandı


Fransanın nüfuzlu "France Football" nəşri "Qızıl top"un sahibinin məlum olacağı tarixi açıqlayıb.

Sportfm.az saytı xəbər verir ki, dekabrın 7-də təşkil ediləcək tədbirdə 2017-ci ilin ən yaxşısı mükafatına qovuşacaq.

Mükafatı Fransa millisinin sabiq üzvü David Jinola təqdim edəcək.

Titula namizəd olan 30 futbolçu bunlardır: Lionel Messi ("Barselona", Argentina), Pyer-Emerik Obameyanq ("Borussiya" D., Qabon), Edison Kavani (PSJ, Uruqvay), Mats Hummels ("Bavariya", Almaniya), Kərim Benzema ("Real", Fransa), Kilian Mbappe (PSJ/"Monako", Fransa), İsko ("Real", İspaniya), Leonardo Bonuççi ("Yuventus"/"Milan", İtaliya), Eden Azar ("Çelsi", Belçika), Kriştianu Ronaldo ("Real", Portuqaliya), Canluici Buffon ("Yuventus", İtaliya), Antuan Qrizman ("Atletiko", Fransa), Radamel Falkao ("Monako", Kolumbiya), Toni Kroos ("Real", Almaniya), Sadio Mane ("Liverpul", Seneqal), Kevin de Bruyne ("Mançester Siti", Belçika), Robert Levandovski ("Bavariya", Polşa), David De Xea ("Mançester Yunayted", İspaniya), Harri Keyn ("Tottenhem", İngiltərə), Edin Dzeko ("Roma", Bosniya və Herseqovina), Luis Suares ("Barselona", Uruqvay), Yan Oblak ("Atletiko", Sloveniya), Serxio Ramos ("Real", İspaniya), Filip Koutinyo ("Liverpul", Braziliya), Dris Mertens ("Napoli", Belçika), Neymar (PSJ/"Barselona", Braziliya), Luka Modriç ("Real", Xorvatiya), Paulo Dibala ("Yuventus", Argentina), Marselo ("Real", Braziliya), Nqolo Kante ("Çelsi", Fransa).

Oxşar xəbərlər

"Qızıl top"a namizədlər - SİYAHI
“Qızıl top”a namizədlər açıqlandı - SİYAHI
İlin rəmzi komandasına namizədlər açıqlandı - SİYAHI
2018-ci ilin rəmzi komandasına 50 namizəd açıqlandı - SİYAHI
İlin ən yaxşı 11-liyinə 55 namizəd

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər