"Qalatasaray" azarkeş sayına görə də liderdir
2017/18 mövsümündə Türkiyə Superliqasının əsas çempionluq namizədi "Qalatasaray" stadiona gələn azarkeşlərin sayına görə də liderlik edir.
Sportfm.az xəbər verir ki, geridə qalan 11 turda "sarı qrımızılar"ın matçını orta hesabla 40842 tamaşaçı izləyib. Ötən il bu göstərici 33293 olub. Maraqlıdır ki, "Qalatasaray" bu mövsüm evdə "dörd böyüklər"dən yalnız "Fənərbağça" ilə qarşılaşıb. Buna baxmayaraq, azarkeşlər "Cim bom"un bütün oyunlarına böyük maraq göstərir.
Stadiona gələn tamaşaçı sayına görə "Beşiktaş" ikincidir. "Vodafone Park"da "qara qartallar"ın oyunlarına orta hesabla 34225 nəfər gəlir. Şenol Güneşin komandası bu mövsüm evdə favoritlərdən yalnız "Trabzonspor"la qarşılaşıb. Sonrakı yerlərdə "Fənərbağça" (18907 azarkeş) və "Trabzonspor" (24864 azarkeş) gəlir. "Qara dəniz fırtınası"nın oyunlarını arenadan izləyən orta tamaşaçı sayı ötən illə müqayisədə 4 dəfə artım göstərib.
Qeyd edək ki, abonent kartlarının satışına görə də "Qalatasaray" zirvədə qərar tutub - 619 496. Bununla da, "aslanlar" Türkiyədə 600 min həddini keçən ilk və tək klubdur.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |