Mourinyonun məhkəməsi başa çatıb
"Real Madrid"in keçmiş baş məşqçisi Mourinyonun məhkəməsi başa çatıb
Sportfm.az xəbər verir ki, baş məşqçi haqqında vergidən yayınma maddəsilə məhkəmə işi başladılmışdı. İmaj haqlarından əldə etdiyi gəlirin vergisini ödəməməklə təqsirli bilinən Mourinyo bu gün məhkəməyə qatılıb. 1 saat çəkən soruğudan sonra məhkəmə zalından ayrılan Mourinyo jurnalistlərə açıqlamasında "İspaniyadan 2013-cü ildə ayrıldım və o vaxt muhasibatlıqla heç bir problemim yox idi. Bir neçə il sonra haqqımda vergidən yayınma maddəsilə iş açıldığını öyrəndim. Məhkəmədə heç kimlə dalaşmadan məndən istənilən məbləği ödədim və bitdi" deyə bildirib.
Xatırladaq ki, hazırda "Mançestr Yunayted"in başq məşqçisi olan Mourinyo 2011-ci ildə 1 611 537 avro, 2012-ci ildə isə 1 693 133 avro məbləğindəki vergini ödəməməklə təqsirli bilinirdi.
Oxşar xəbərlər
Hər işdən qovulduqca milyonlar qazanır
Bədxərc Mourinyo
Mourinyo vergi borcunu ödədi
Mourinyo dələduzluq ittihamı ilə məhkəməyə çağırıldı
Neymar hökuməti məhkəməyə verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası