EKOL qələbə qazandı, "Marafon" məğlub oldu -
Bu gün futzal üzrə Yüksək Liqada V turun oyunları keçiriləcək. Bakı İdman Sarayında baş tutacaq tura əzəli rəqiblərin dueli ilə start veriləcək. Adətən çempionatı medalçılar sırasında başa vuran EKOL və “Neftçi”nin cari mövsümə uğursuz start verməsinin bu duelə ciddi təsir etməyəcəyi dəqiqdir. Çünki hər iki tərəf əzəli rəqabətdə geri qalmaq niyyətində deyil. Mərkəzi oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
“Yasamal”ın istirahət edəcəyi turda ikinci oyun matçda aktivində xal olmayan “Xəmsə” ilə debütant “FK.İD.Futsal” münasibətlərinə aydınlıq gətirəcək. Hərçənd autsayder uduzduğu matçların heç birində zəif təsir bağışlamasa da, oyun intizamından qopması nəticədə əks olunur. Debütant isə oyuna itki ilə çıxacaq. Kapitan və əsas qapıçı Ramin Həsənzadənin zədəli olması komandası üçün ciddi itkidir.
Tura liderlərin dueli ilə yekun vurulacaq. Özünü heç də debütant kimi aparmayan və turnir cədvəlinin zirvəsində qərarlaşan “Marafon Futsal” bu dəfə çempionatın aşkar favoriti “Araz”la gücünü sınayacaq. Düzdü, son çempion bir oyun az keçirdiyindən ikinci pillədə qərarlaşıb, amma yenidən zirvəyə yüksəlmək üçün əla fürsət olacaq. UEFA kubokundakı uğursuzluğu daxili yarışda unutdurmaq istəyən Alesionun yetirmələrinin Elşad Quliyevin drujinasından nə qədər güclü olduğunu 40 dəqiqəlik mübarizə ortaya çıxaracaq.
Saat 14.30 EKOL – “Neftçi” İK 5:3
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Kənan Məlikov
Hakim-inspektor: Murad Məmmədov
Saat 16.00 “Xəmsə” - “FK.İD.Futsal” 2:2
Hakimlər: Elçin Məmmədov, Yusif Nurullayev, Azad Hüseynov
Hakim-inspektor: Rafiq Pənahpur
Saat 17.30 “Araz” – “Marafon Futsal” 4:2(İkinci hissə)
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov
Hakim-inspektor: Ələkbər Məmmədov
Oxşar xəbərlər
Turun mərkəzi matçı Nurullayevə həvalə edildi
"Marafon" məğlub oldu, EKOL və "İtaldizain" qələbə qazandı
Elçin Səmədli turun mərkəzi matçında
Futzal çempionatında hansı oyun canlı yayımlanacaq?
"Neftçi"nin oyunu Nurullayevə həvalə edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası