Azərbaycan yığmasının seçmə mərhələ üçün heyəti açıqlanıb
Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması oktyabrın 25-də, 28-də və 31-də Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarını keçirəcək.
Sportfm.az xəbər verir ki, yığmamızın mübarizə aparacağı 4-cü qrupun oyunları Albaniyada təşkil olunacaq. Futbolçularımız ilk oyununu Ukrayna, ikinci qarşılaşmasını İspaniya, qrupun son matçını isə Albaniya komandasına qarşı keçirəcəklər. İlk iki oyun Bakı vaxtı ilə saat 16:00-da, sonuncu qarşılaşma isə saat 18:00-da başlayacaq.
Yığmamızın seçmə mərhələ oyunları üçün heyətində Nigar Abdulova (“Qəbələ”), Sudə Topçu (“1207 Antalya Döşəməaltı Bələdiyyə Spor”, Türkiyə),
Pəritan Bozdağ (“Konak Bələdiyyə Spor”, Türkiyə), Ayşən Əhmədova (“Gənclik”), Cəmilə Hüseynova (“Qubek”), Həqiqət Qasımova (“Təhsil”), Vüsalə Hacıyeva (“Sumqayıt”), Vüsalə Seyfətdinova (“Gənclik”), Dilgə Uyğun (“Ayntraxt”, Almaniya), Öznur Tas (“1207 Antalya Döşəməaltı Bələdiyyə Spor”, Türkiyə), Aytən İbadova (“Qubek”), Firəngiz Teymurova (“Konak Bələdiyyə Spor”, Türkiyə), Nino Qurqenidze (“Martve”, Gürcüstan), Rövşanə Sərdarlı (“Gənclik”), Mərvə Özdemir (“Ayntraxt”, Almaniya), Muazəz Yağmur Özkumru (“Konak Bələdiyyə Spor”, Türkiyə), Çağla Miray Kanpara (“Herta 03 Zehlendorf”, Almaniya), Ülkü Özdemir (“Montabaur”, Almaniya), Arzu Əliyeva (“Sumqayıt”) və Hatice Özdemir (“Montabaur”, Almaniya) yer alıblar.
Oxşar xəbərlər
Qurqenidze Azərbaycan yığmasında
Millimiz bolqarlarla qarşılaşacaq
Uyğun Azərbaycan gəlir
Milli komandamız Kiyevdə toplanacaq
Yığmalarımız Bakıda təlim-məşq toplanışı keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası