"Şapekoense" klubu haqqında filmin nümayişinə qadağa qoyuldu
Braziliya məhkəməsi "Şapekoense"nin faciəsinə həsr olunan sənədli filmin nümayişinə qadağa qoyub.
Sportfm.az xəbər verir ki, qadağa 48 saat ərzində qüvvədə olacaq. Bu müddətdə filmin nümayişi 133.6 min avro cərimə ilə cəzalandırılacaq.
"Şapekoense" rəhbərliyi bir müddət öncə çəkiliş qrupu tərəfindən müqavilənin pozulduğunu bildirmişdi. Tərəflər razılığa gəlmişdi ki, filmdə klubun tarixi və 29 noyabrda baş verən təyyarə qəzası öz əksini tapsın. Amma çəkiliş qrupu bütünlükdə təyyarə qəzasını ekranlara çıxarıb. Bundan başqa, "Chapeco" möcuzəsi" adlı film kinoteatrlarda klubun icazəsi olmadan yayımlanıb. Faciə qurbanları da qeyd olunan səbəbə məhkəməyə müraciət etmək istəyir.
Nəzərinizə çatdıraq ki, 2016-cı ildə göyərtəsində Braziliyanın "Şapekoense" peşəkar futbol klubunun oyunçularının da olduğu təyyarə qəzaya uğramışdır. Hadisə nəticəsində "Şapekoense" futbol klubunun 19 oyunçusu vəfat etmişdir.
Oxşar xəbərlər
Qəzada sağ qaldı, infarktdan vəfat etdi - FOTO
Ronaldinyo "Şapekoense"da oynamaq istəyir
Ronaldo qəzaya uğrayan komandanı unutmadı
Təyyarə qəzasından öncə "Şapekoense" futbolçularının son görüntüləri - VİDEO
Futbolçuları daşıyan təyyarə qəzaya düşdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR
-
“Şaxtyor” yarımfinala çıxdı - Konfrans Liqası















Misli Premyer Liqası