reklam
Peru və Kolumbiya yığmaları razılaşdırılmış matçda şübhəli bilinirlər
Sportfm.az xəbər saytı

Peru və Kolumbiya yığmaları razılaşdırılmış matçda şübhəli bilinirlər


Futbol üzrə Dünya Çempionatında Peru və Kolumbiya yığma komandaları razılaşdırılmış matçda şübhəli bilinirlər.

Sportfm.az xəbər verir ki, Peru yığması və Kolumbiya seçməsi futbol üzrə dünya çempionatının seçmə yarışının son turunun matçı zamanı heç-heçə haqqında razılaşıblar.

Bu nəticə kolumbiyalılara mundiala birbaşa vəsiqəni, perululara isə Yeni Zelandiyaya qarşı keçid mərhələsi görüşündə iştirakı təmin edib. Perulular 5-ci pilləni tutmaqla "play-off"da Yeni Zelandiya ilə mundiala çıxmaq uğrunda mübarizə hüququ əldə ediblər.

Matçın gedişi zamanı Kolumbiya yığmasının baş məşqçisi Xose Pekerman Radamelyu Falkaoya bildirib ki, Braziliya seçməsi Çiliyə 3:0 hesabı ilə qalib gəlir, Venesuela yığması isə Paraqvayın qapısına 1 qol vurub. Falkao Peru komandasının oyunçularına yaxınlaşıb və matçı heç-heçə - 1:1 hesabı ilə qurtarmağı təklif edib.

Peru yığmasının kapitanı Paolo Herrero milli komandaya öz komanda yoldaşlarına matçı sakitcə oynayıb qurtarmağa çağırıb. Oyun, beləcə, heç-heçə qurtarıb.

FİFA-nın hadisənin araşdırılmasına başlayacağı gözlənilir.

Oxşar xəbərlər

Braziliya xal itirdi, Kolumbiya uduzdu - DÇ-2022
Kolumbiya bürünc medal qazandı - Amerika kuboku
Braziliya finalda - Amerika kuboku
Rusiyaya yollanacaq bütün yığmalar məlumdur - SİYAHI
Messinin het-triki sayəsində Argentina Rusiyaya bilet sifariş etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər