reklam
“Qarabağ”ın gəncləri “Roma”ya uduzdu
Sportfm.az xəbər saytı

“Qarabağ”ın gəncləri “Roma”ya uduzdu


“Qarabağ”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Sportfm.az xəbər verir ki, qrupdakı ilk oyununda səfərdə “Çelsi”yə məğlub olan (0:5) Ağdam klubunun gəncləri doğma meydanda “Roma”dan olan həmyaşıdları ilə qarşılaşıb.

Rəşad Sadıqovun yetirmələri bu oyundan qələbə ilə ayrılacağı təqdirdə, son pillədən xilas olacaqdı.

Rəqib də ilk oyunu məğlubiyyətlə başa vurmuşdu. Gənc “canavarlar” qrupdakı ilk matçda evdə “Atletiko”ya uduzmuşdu - 1:2.

İlk oyunda “Çelsi”yə uduzan “Qarabağ” bu dəfə də məğlubiyyətdən qaça bilməyib. Üç qolun vurulduğu matçın sonunda qələbəni bayram edən “canavarlar” olub.

UEFA Gənclər Liqası, 2-ci tur

27 sentyabr

C qrupu

Qarabağ - Roma 0:3

Qol: Jan Kelar, 11; 60. Mirko Antonuççi, 77.

Baş hakim: Horatiu Fesnik
Baş hakimin köməkçiləri: Aleksandru Çerey, Mihay Marika (hamısı Rumıniya)
Dördüncü hakim: İnqilab Məmmədov (Azərbaycan)
UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya)
Hakim inspektor: Haim Jakov (İsrail)
Bakı. “Azersun Arena”

Qarabağ: 40. Məmməd Hüseynov, 31. Oliver Stoymenovski, 36. Əli Əliyev, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 49. İbrahim Əliyev, 51. Elçin Əsədov, 59. Boyan Miovski, 60. Pilağa Mehdiyev, 70. Misir Rüstəmov, 80. Yusif Həsənov

Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 37. Akif Hümbətzadə, 38. Famin Əliyev, 54. İbrahim Hüseynov, 72. Taleh Rzayev

Baş məşqçi: Rəşad Sadıqov

Roma: 1. Andrea Romanyoli, 3. Andrei Trusesku, 4. Rikkardo Karqnelutti, 5. Stefano Siavattini (k), 6. Andrea Markuççi, 7. Dario Midous, 8. Lorentso Valeu, 9. Jan Kelar, 10. Mirko Antonuççi, 11. Rikkardo Kappa, 16. Alessio Rikkardi

Ehtiyat oyunçular: 23. Alessio Palyiarini, 2. Lirim Kastrati, 14. Devid Bua, 15. Salvatore Pezzella, 18. Visente Besujen, 20. Keres Masanqu, 21. Luka Petrunqaro

Baş məşqçi: Alberto De Rossi

Oxşar xəbərlər

"Çelsi" Qarabağ”la dueldən qalib ayrıldı, növbəti mərhələyə yüksəldi
"Qarabağ" ilk qolunu vurdu, 5-ni buraxdı
"Qarabağ"ın görüşlərinin vaxtı açıqlandı
Qurban Qurbanovun oğlu "Qarabağ"da
"Qarabağ" ilk səfərini Londona edəcək - təqvim bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər