Azərbaycanın "gözü" Nyonda olacaq!
Sportfm.az xəbər verir ki, bu gün İsveçrədə UEFA-nın XIII Növbədənkənar Konqresi, ardınca isə İcraiyyə Komitəsinin yığıncağı baş tutacaq.
Tədbirdə komitə üzvləri 2019-cu ildə keçiriləcək 4 yarışın ev sahibini də müəyyənləşdirəcək. Çempionlar Liqası, Avropa Liqası, qadınların Çempionlar Liqası və Superkubokun həlledici oyununun keçiriləcəyi stadionun adı bilinəcək. Bakı Olimpiya Stadionu həm Çempionlar Liqası, həm də Avropa Liqasının 2018/19 mövsümünün final qarşılaşmalarını keçirməyə namizəddir. Qitənin ən nüfuzlu klub turnirində bu matça iki iddiaçı var ki, Bakının yeganə rəqibi Madridin "Vanda Metropolitano" stadionudu.
Avropa Liqasında isə Bakı Olimpiya Stadionunun iki rəqibi var. Bu dəfə də onlardan biri İspaniyanı təmsil edir. Sevilyanın "Ramon Sançes Pisxuan" stadionu, həmçinin İstanbulun "Vodafon Park" arenası ikinci dərəcəli turnirə iddiaçıdı.
Qeyd edək ki, İcraiyyə Komitəsinin yığıncağından sonra, Bakı vaxtı ilə təxminən 19:30-da mətbuat konfransı baş tutacaq. Qərarlar UEFA-nın rəsmi saytı ilə canlı yayımlanacaq konfransda açıqlanacaq.
Oxşar xəbərlər
Çempionlar Liqasının finalına 2 namizəd: Rusiya, yoxsa Almaniya?
Bakıda keçiriləcək Avropa Liqasının finalının dəqiq tarixi məlum olub
Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər
Bakı Olimpiya Stadionu "Beşiktaş Arena" ilə bir arada
Çempionlar Liqasının finalı Bakıda?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün Budapeştdə final günü - Çempionlar Liqası
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Azərbaycan millisi Fransaya qarşı - Avropa çempionatı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası















Misli Premyer Liqası