Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
EURO 2016: Rusiya uduzdu, Rumıniya xal itirdi, Fransadan çətin qələbə - VİDEO
Avropa çempionatında ikinci tura start verilib. Sportfm.az saytının məlumatına görə, gün ərzində üç qarşılaşma keçirilib. Bunlardan ikisi "A" qrupunda, biri isə "B" qrupunda baş tutub.
İlk olaraq meydana Rusiya və Slovakiya milliləri çıxıblar. İlk turda İngiltərə ilə heç-heçəyə nail olaraq hər kəsi təəccübləndirən şimal qonşularımız turnirə məğlubiyyətlə start verən Slovakiya qarşısında da uğurlu gedişini davam etdirmək istəyirdir. Rəqib isə ilk matçdakı məğlubiyyətdən sonra iddiasını davam etdirmək üçün bu oyuna mütləq qələbə parolu ilə çıxmışdır.
Günün ikinci oyununda Rumıniya İsveçrə ilə üz-üzə gəlib. Çempionatın açılış qarşılaşmasında meydan sahibləri ilə oynayan və 1:2 hesablı məğlubiyyətə üzülən rumınlar turnirə Albaniya qalibiyyəti ilə başlayan İsveçrə qarşısında ilk qələbəsini axtarırdır. Gərgin keçən görüşdə qalib müəyyənləşməyib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətlənib.
İkinci turun ilk gününün son oyununda isə meydan sahibləri Fransa millisi Albaniyanı sınağa çəkib. "Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin komandası minimalhesablı İsveçrə məğlubiyyətindən sonra ilk dəfə qatıldığı turnirdə sürprizə imza atmaq istəyirdir. Gərgin keçən görüşdə Fransa millisi 2:0 hesablı qələbə qazanıb. Qələbə sayəsində Fransa millisi 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komanda olub.
Avropa çempionatı
Qrup mərhələsi, II tur
15 iyun
"B" qrupu
Rusiya – Slovakiya - 1:2
Qollar: Vladimir Vayss, 32, Marek Hamşik, 45 - Denis Qluşakov, 80.
Rusiya: 1. İqor Akinfeyev (q), 3. İqor Smolnikov, 4. Sergey İqnaşeviç, 5. Roman Noyştader, 9. Aleksandr Kokorin, 10. Fyodor Smolov, 13. Aleksandr Qolovin, 14. Vasili Berezutski (k), 17. Oleq Şatov, 21. Georgi Şennikov, 22. Artyom Dzyuba
Ehtiyat oyunçular: 12. Yuri Lodıgin (q), 16. Gilyerme (q), 2. Roman Şişkin, 6. Aleksey Berezutski, 7. Artur Yusupov, 8. Denis Qluşakov, 11. Pavel Mamayev, 15. Roman Şirokov, 77, 18. Oleq İvanov, 19. Aleksandr Səmədov, 20. Dmitri Torbinski, 23. Dmitri Kombarov
Slovakiya: 23. Matus Kozaçik (q), 2. Peter Pekarik, 3. Martin Şkrtel (k), 4. Yan Duriça, 7. Vladimir Vayss, 8. Ondrey Duda, 15. Tomaş Huboçan, 17. Marek Hamşik, 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Viktor Peçpkovski
Ehtiyat oyunçular: 1. Yan Muxa (q), 12. Yan Novota (q), 5. Norbert Gyomber, 6. Yan Qrequs, 9. Stanislav Şestak, 10. Miroslav Stox, 11. Adam Nemeç, 13. Patrik Hrosovski, 14. Milan Skriniar, 16. Kornel Salata, 18. Duşan Svento, 21. Mixal Duriç
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi hakimlər: Matey Juq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Yonas Eriksson (İsveç)
Lill Metropol, "Stad Pyer Mauro"
"A" qrupu
20:00. Rumıniya – İsveçrə 1:1
Qol: Stanku, 18 (pen.) - Admir Mehmedi, 57.
Rumıniya: 12. Kristian Tataruşanu, 3. Razvan Rat, 6. Vlad Krikeş, 7. Aleksadru Çipiçu, 8. Mihail Pintilli, 11. Qabriel Torxe, 13. Klaudio Keşeru, 18. Andrey Prepelita, 19. Boqdan Stanku, 21. Draqoş Qriqor, 22. Kristian Sapunaru
Ehtiyat oyunçular: 1. Kostel Pantilimon, 23. Silvio Lunq, 2. Aleksandru Matel, 4. Kosmin Moti, 5. Ovidiu Hoban, 9. Denis Alibek, 10. Nikolae Stançiu, 14. Florin Andone, 15. Valeriça Qaman, 16. Steliano Filip, 17. Lusian Sanmartean, 20. Adrian Popa
İsveçrə: 1. Yan Sommer, 2. Stefan Lixtştaner (k), 9. Haris Seferoviç, 10. Qranit Caka, 11. Valon Behrami, 13. Rikardo Rodrigez, 15. Blerim Cemaili, 18. Admir Mehmedi, 20. Yohan Curu, 22. Fabian Şaar, 23. Cerdan Şakiri
Ehtiyat oyunçular: 12. Marvin Hitz, 21. Roman Bürki, 3. Françox Mubance, 4. Niko Elvedi, 5. Stiv von Bergen, 6. Mixael Lanq, 7. Bril Embolo, 8. Fabian Fray, 14. Denis Zakaria, 16. Gelson Fernandes, 17. Şani Tarşay, 19. Eren Derdiyok
Baş hakim: Sergey Karasyov
Yan xətt hakimləri: Nikolay Qolubev, Tixon Kalugin
Əlavə köməkçi hakimlər: Sergey Lapoşkin, Sergey İvanov (hamısı Rusiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Paris, "Park des Prinses"
23:00. Fransa – Albaniya 2:0
Qollar: Qrizman, 90, Payet, 90+6.
Fransa: 1. Hüqo Lloris (q) (k), 3. Patris Evra, 4. Adil Rami, 5. Nqolo Kante, 20. Kinqsli Koman, 8. Dmitri Paye, 9. Olivye Jiru, 14. Bleyz Matuidi, 11. Antoni Martial, 19. Bakari Sanya, 21. Loren Kosielni
Ehtiyat oyunçular: 16. Stiv Mandanda (q), 23. Benoy Kostil (q), 2. Kristof Jale, 7. Antuan Qrizman, 13. Elakim Manqalya, 15. Pol Poqba , 17. Lukas Dinye, 22. Samuel Umitite, 6. Yohan Kabaye, 12. Morqan Şneyderlin, 10. Andre Pyer Jinyak, 18. Musa Sissoko, 90+2
Albaniya: 1. Etrit Berişa, 2. Andi Lila, 22. Armir Abraşi, 7. Ansi Aqolli (k), 4. Elseid Xusay, 13. Burim Kukeli, 3. Ermir Lenyani, 15. Merqim Mavray, 9. Ledjan Memuşay, 10. Armando Sadiku, 18. Arlind Ayeti
Ehtiyat oyunçular: 23. Alban Xodja, 12. Orqes Şexi, 6. Frederik Veseli, 17. Naser Aliyi, 8. Miqden Başa, 19. Bekim Balay, 11. Şkelzen Qaşi, 14. Taluant Djaka, 16. Sokol Şikalleşi, 20. Erqyus Kaçe,21. Odise Roşi
Baş hakim: Villiam Kolum (Şotlandiya)
Yan xətt hakimləri: Damien Makqreyt (İrlandiya), Fransis Konnor (Şotlandiya)
Əlavə köməkçi hakimlər: Bobbi Madden, Con Betton (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Mixail Oliver (İngiltərə)
Marsel, "Velodrom"
Oxşar xəbərlər
EURO 2016: Belçika, Almaniya və Fransa 1/4 finalda! - VİDEO
EURO 2016: Uels lider, İngiltərə ikinci oldu - VİDEO
EURO 2016: Fransa və İsveçrə 1/8 finalda, Albaniyadan tarixi qələbə - VİDEO
EURO 2016: Albaniya uduzdu, Uels qalib gəldi, İngiltərə xal itirdi - VİDEO
EURO 2016: Fransa qələbə ilə başladı - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası