Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Qadın güləşçimiz dünya çempionu oldu
Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, yarışların üçüncü yarış günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 4 çəkidə mübarizə aparıb.
38 kq-da mübarizə aparan Şahanə Nəzərova ilk görüşdə Yaponiya təmsilçisini 84 saniyədə, yarımfinalda isə Rusiya idmançısını 65 saniyədə tam üstünlüklə məğlub edərək finala yüksəlib.
Həlledici görüşündə Mariya Tomişiçi vaxtından əvvəl üstələyən Nəzərova dünya çempionu olub.
Qeyd edək ki, Şahanə Nəzərova bir ay bundan əvvəl yeniyetmələrin Avropa çempionu adını qazanıb.
Oxşar xəbərlər
Şahanə qələbə
Azərbaycanlı güləşçi dünya çempionatında finala yüksəldi
Yeniyetmə qızlardan Olimpiadaya 1 lisenziya
Zaur Əliyev gümüş medal qazandı
Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası