reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın oyunu təxirə salındı


"Kəpəz" klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Sportfm.az xəbər verir ki, klub ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək IV turun oyun cədvəlində dəyişiklik edilməsini xahiş edib. Belə ki, klub IV turun "Kəpəz" - "İnter" görüşünun "İnter" - "Kəpəz" matçı kimi qeydə alınmasını xahiş edib.

Bütün bunları və "İnter"in razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası Premyer Liqanın IV turunun "Kəpəz" - "İnter" matçının sentyabrın 9-da "İnter Arena"da keçirilməsi barədə qərar qəbul edib. IV turda meydan sahibi "İnter" klubu, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi "Kəpəz" klubu təsdiq edilib.

"Qarabağ" klubu da Peşəkar Futbol Liqasına müraciət edib. Ölkəmizi qitənin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında təmsil edən "Qarabağ" ilk oyuna daha yaxşı hazırlaşmaq məqsədilə Premyer Liqanın IV turunda keçiriləcək "Səbail" ilə matçının başqa tarixə keçirilməsini istəyib. Bunu və qarşı tərəfin razılıq məktubunu nəzərə alan PFL Premyer Liqanın IV turunun "Səbail" - "Qarabağ" matçının 08.09.2017-ci il tarixdən 08.12.2017-ci il tarixə keçirilməsi haqqında qərar qəbul edib.

Beləliklə, turun görüşləri iki günü əhatə edəcək:

9 sentyabr

"İnter" - "Kəpəz"
"İnter Arena", 17:00

"Qəbələ" - "Zirə"
Qəbələ şəhər stadionu, 20:30

10 sentyabr

"Sumqayıt" - "Neftçi"
"Kapital Bank Arena", 19:00

Oxşar xəbərlər

“Neftçi” ilə matçın yeri dəyişdirildi - Oyun 8-ci km stadionunda keçiriləcək
"Qəbələ" razılıq verdi, "Kəpəz" səfərə yollandı
lV turun oyun cədvəli açıqlandı
"Kəpəz" Gəncədə oynamayacaq!
“Qəbələ” PFL-ə müraciət etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər