reklam
Sportfm.az xəbər saytı

"Sabah"ın potensial rəqibləri bilindi


Bu gün "Sabah"ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.

Sportfm.az xəbər verir ki, bu mərhələnin püşkü İsveçrənin Nyon şəhərində atılacaq. Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Artıq Azərbaycan təmsilçisinin potensial rəqiblərinin sayı azalıb. Bu barədə UEFA-nın saytı məlumat yayıb.

Səpələnməmişlər səbətində yer alan "Sabah" 1-ci mərhələdə TNS-si (Uels) keçərsə, aşağıda adları qeyd edilən komandalardan biri ilə qarşılaşacaq:

"Srvena Zvezda" (Serbiya)

"Lex" (Poznan, Polşa)

"Floriana" (Malta) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi

"Vardar" (Şimali Makedoniya) - "Kups" (Finlandiya) cütünün qalibi

""Jalqiris" (Litva) - "Drita" (Kosovo) cütünün qalibi

"Linkoln" (Cəbəllütariq) - "İnter" (Eskaldes, Andorra) cütünün qalibi

Qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda keçiriləcək.

Oxşar xəbərlər

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi bəlli olacaq
"Qarabağ"ın potensial rəqibi müəyyənləşir - Çempionlar Liqası
Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atıldı
"Qarabağ"ın potensial rəqibləri bilinəcək - Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin püşkü atıldı - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər