Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Lionel Messi 911-ci qolunu vurdu
Lionel Messi Argentina millisinin heyətində 199-cu oyunda vurduğu 117-ci qolunu vurub.
Sportfm.az xəbər verir ki, 38 yaşlı hücumçu bu dəfə İslandiya yığmasına qarşı yoldaşlıq görüşündə fərqlənib.
Argentina millisi rəqibini 3:0 hesabı ilə məğlub edib. Qarşılaşmada hesabı 8-ci dəqiqədə Valentin Barko açıb. Messi isə 72-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasının ikinci qolunu vurub. Matçın yekun nəticəsini 87-ci dəqiqədə Tyaqo Almada müəyyənləşdirib.
Beləliklə, təcrübəli futbolçunun ümumilikdə karyerasındakı qol sayı 911-ə çatıb. Messi klub karyerasında qollarının 672-ni İspaniya "Barselona"sında, 32-ni Fransa PSJ-sində, 90-nı ABŞ-nin "İnter Mayami" komandasında vurub.
Qeyd edək ki, Argentina millisi 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb. Cənubi Amerika təmsilçisi J qrupunda Əlcəzair, Avstriya və İordaniya yığmaları ilə mübarizə aparacaq. İslandiya isə mundiala vəsiqə əldə edə bilməyib.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Argentina yığması mundialın son qalibidir.

Oxşar xəbərlər
Argentina millisinin yekun heyəti - DÇ-2026
Messi "İnter Mayami"nin bərabərlik qolunu vurdu
Messi ilk oyunda "İnter Mayami"yə qələbə qazandırdı
Messi karyerasının ən erkən qolunu vurdu
Messi primerada 6000-ci qolu vurdu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qurban Qurbanovdan futbolda çox şey öyrəndim" - Ayxan Abbasov
-
Millimizə seçimlər davam edir
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
“Ulduz Cup” beynəlxalq futbol turniri start götürüb
-
Qurbanovun mətbuat konfransının vaxtı bilindi
-
U-17 dünya çempionatında Azərbaycanı 3 hakim təmsil edəcək

Misli Premyer Liqası