reklam
Ronaldonun transfer dəyəri düşdü
Sportfm.az xəbər saytı

Ronaldonun transfer dəyəri düşdü


Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldonun dəyəri 10 milyon avroya enib.

Sportfm.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçunun dəyərində əvvəlki ilə müqayisədə 2 milyon avro azalma qeydə alınıb.

Portuqaliya yığmasının və "Əl-Nəsr"in digər oyunçusu Juan Feliksin qiyməti isə 3 milyon avro artaraq 28 milyon avroya çatıb. Səudiyyə Pro Liqasının ən bahalı oyunçusu 30 milyon avro dəyərlə İtaliya millisinin hücumçusu Mateo Reteqidir. Meksikanı dünya çempionatında təmsil edəcək "Əl-Qədisiyyə"nin forvardı Julian Kinonesin dəyəri isə 14 milyon avroya yüksəlib.

Səudiyyə Ərəbistanının digər klubu "Əl-Hilal"ın da bir neçə məşhur futbolçusunun qiymətlərində azalma müşahidə olunur. Teo Ernandeslə Darvin Nunyesin dəyəri 20 milyon avroya, Sergey Milinkoviç-Saviçin qiyməti 12 milyon avroya düşüb. Kollektivin 38 yaşlı fransalı hücumçusu Kərim Benzemanın da qiyməti 1 milyon azalaraq 5 milyon avroya enib.

Qeyd edək ki, Kriştianu Ronaldo və Juan Feliks Portuqaliya yığmasının 2026-cı il dünya çempionatı üçün yekun heyətinə daxil ediliblər.

Oxşar xəbərlər

Millimizin futbolçularının bazar dəyəri müəyyənləşdi - SİYAHI
Azərbaycan Premyer Liqasının dəyəri artdı
Transfer qiyməti 3 milyon endi - Kristiano Ronaldo
1.5 milyon avroya alıb, 30 milyon avroya satdılar
Ronaldo - Yenidən dünyanın ən çox qazan oyunçusu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər