reklam
Almaniya millisinin heyəti açıqlandı -
Sportfm.az xəbər saytı

Almaniya millisinin heyəti açıqlandı -SİYAHI


Almaniya millisi 2026-cı il dünya çempionatı üçün yekun heyətini açıqlayıb.

Sportfm.az xəbər verir ki, yığmanın “X” sosial şəbəkə hesabında yayılan siyahıda 26 futbolçunun adı yer alıb.

Heyətdə diqqət çəkən məqamlardan biri Manuel Noyerin milliyə qayıdışı olub. “Bavariya”nın 40 yaşlı qapıçısı sonuncu dəfə Almaniya millisinin heyətində 2024-cü ilin iyulunda İspaniyaya qarşı AVRO-2024-ün 1/4 final oyununda (1:2) meydana çıxmışdı.

Qapıçılar: Manuel Noyer (“Bavariya”), Aleksandr Nübel (“Ştutqart”), Oliver Baumann (“Hoffenhaym”).

Müdafiəçilər: Valdemar Anton (“Borussiya” Dortmund), Niko Şlotterbek (“Borussiya” Dortmund), Yoşua Kimmix (“Bavariya”), Conatan Ta (“Bavariya”), David Raum (“Leyptsiq”), Antonio Rüdiger (“Real” Madrid), Nataniel Braun (“Ayntraxt”), Malik Tiav (“Nyukasl”).

Yarımmüdafiəçilər: Leon Qoretska (“Bavariya”), Aleksandar Pavloviç (“Bavariya”), Lennart Karl (“Bavariya”), Ceymi Levelinq (“Ştutqart”), Ancelo Ştiller (“Ştutqart”), Florian Virts (“Liverpul”), Feliks Nmeça (“Borussiya” Dortmund), Nadiem Amiri (“Maynts”), Leroy Sane (“Qalatasaray”), Paskal Qross (“Brayton”).

Hücumçular: Kay Haverts (“Arsenal”), Denis Undav (“Ştutqart”), Camal Musiala (“Bavariya”), Maksimilian Bayer (“Borussiya” Dortmund), Nik Voltemade (“Nyukasl”).

Qeyd edək ki, Almaniya millisi dünya çempionatının E qrupunda yer alıb. Yulian Nagelsmannın komandası qrup mərhələsində Kürasao (14 iyun), Kot-d’İvuar (20 iyun) və Ekvador (25 iyun) yığmaları ilə qarşılaşacaq.

Oxşar xəbərlər

Almanlar Almaniyada bu heyətlə oynayacaq - SİYAHI
Almaniya millisinin Avro-2024 üçün heyəti - SİYAHI
Almaniya millisinin heyəti - DÇ-2022
Almaniya yığmasının heyəti açıqlandı - Millətlər Liqası
Almanlar Dünya Çempionatına kimləri aparır?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər